İngiltərənin “Aston Villa” klubu “Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyonun transferi ilə bağlı razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin keçidi 20 milyon avroya başa gələcək.

İspaniya klubu onun gələcək satışından da qazanacaq. Bu məbləğin 50 faizi La Liqa təmsilçisinə çatacaq.

Qeyd edək ki, Koutinyo “Barselona”ya 2018-ci ildən “Liverpul”dan keçib.