İngiltərənin “Nyukasl” klubu “Benfika”nın hücumçusu Darvin Nunyes üçün 60 milyon avro təklif edib.

Offsideplus.az xəbər verir ki, “Nyukasl” Nunyeslə əlaqə saxlayıb. Premyer Liqa təmsilçisi ona 60 milyon avro təklif edib. 

Nunyeslə “Barselona”, “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti” və “Atletiko” klubları da yaxından maraqlanır.