Madrid “Real”ının futbolçusu Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam edə bilər.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətində Londunun “Arsenal” komandası maraqlıdır.

"Kral klubu” da oyunçusunu satmağa razıdır. Asensionu transfer etməkdə “Arsenal”ın yeganə rəqibi “Milan”dır.

Qeyd edək ki, Asensionun madridlilərlə müqaviləsi 2023-cü ildə başa çatacaq.