İngiltərənin "Everton" klubunun baş məşqçisi klubda antirekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, ingiltərəli mütəxəssisin komandası Premyer Liqanın 31-ci turunda səfərdə "Vest Hem"ə məğlub olub - 1:2. Nəticədə o, "Everton"da çempionatda ardıcıl 4 səfər oyununda uduzan ilk çalışdırıcı olub.

Lempard Liverpul təmsilçisinin baş məşqçisi kimi 8 oyunda cəmi 2 qələbə qazanıb. O, yanvarın 31-dən Premyer Liqa təmsilçisini çalışdırır.