"Mançester Yunayted" bu gün "Tottenhem"lə oyuna itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın 25 yaşlı yarımmüdafiəçisi Skott Maktominey sıradan çıxıb. Şotlandiyalı futbolçu baldır nahiyəsindən zədə alıb. Bu barədə baş məşqçi Ralf Raqnik məlumat verib.
Onun Çempionlar Liqasında "Atletiko" ilə qarşılaşmada da oynamayacağı bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.