“Mançester Yunayted” klubunun gənc hücumçusu Markus Reşford komandadakı mövqeyindən narazıdır.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı forvard start heyətində möhkəmlənə bilməməsindən gileylənir.
O, bu mövsüm Premyer Liqanın cəmi 2 matçında start heyətində yer alıb, 6 qarşılaşmada isə meydana ehtiyatdan çıxıb.
Qeyd edək ki, Reşfordun “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.