"Arsenal" heyətini tanınmış futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, London klubu Fabian Ruisi transfer etmək istəyir. Premyer Liqa təmsilçisi yayda 25 yaşlı ispaniyalı yarımmüdafiəçi üçün nəbz yoxlayacaq.Onun "mavilər"lə hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.
Həmçinin, Ruisi "Real" və "Barselona" da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm 25 matçda 5 qol və 4 məhsuldar ötürmə edib.



