Xuan Mata bu mövsümün sonunda “Mançester Yunayted” klubunu tərk etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı ispaniyalı yarımmüdafiəçinin müqaviləsi yayda başa çatır və o, azad agentə çevriləcək.

Qeyd edək ki, Mata 2014-cü ilin yanvarından “Mançester Yunayted”də çıxış edir.