"Çelsi" "Yuventus"un futbolçusu Paulo Dibalını heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Daily Express"ə istinadən xəbər verir ki, London klubu Turin təmsilçisi ilə yayda müqaviləsi başa çatacaq olan 28 yaşlı argentinalı oyunçu üçün hərəkətə keçib. Bildirilib ki, "zadəganlar"ın almaniyalı çalışdırıcısı Tomas Tuxel komandanın hücum xəttindən razı qalmamasına görə bu transferi gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, Dibala 2015-ci ildən "qoca sinyora"da çıxış edir. O, bu mövsüm 25 matçda 12 qol və 5 məhsuldar ötürmə edib.