"Uotford"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə 74 yaşlı Roy Hocson gətirilib. O, postda bir müddət əvvəl istefa verən Klaudio Ranyerini əvəzləyib.

Qeyd edək ki, "Uotford" İngiltərə Premyer Liqasında 20 komanda arasında topladığı 14 xalla 19-cu yerdə qərarlaşıb.