"Nyukasl" "Sevilya"da çıxış edən Dieqo Karlosu heyətinə qatmaq istəyir.

 Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 28 yaşlı brazilyalı müdafiəçi üçün Əndəlüs klubuna 30 milyon funt-sterlinq təklif edib. Lakin La Liqa təmsilçisi bu məbləğlə razılaşmayıb.

Bildirilib ki, ispanlar Karlos üçün Premyer Liqa klubundan 50 milyon funt-sterlinq tələb edib.

Qeyd edək ki, 28 yaşlı "sambaçı" 2019-cu ildən "Sevilya"da çıxış edir.