“Yuventus”un hücumçusu Qonsalo İquain oynamaq istədiyi çempionatı açıqlayıb.
Offsideplus.az apasport.az-a istinadən xəbər verir ki, argentinalı forvard Premyer Liqada çıxış etməyi arzulayır.
“Yuve”dən gedəcəyi ilə bağlı söz-söhbət yayılan İquain bunu da təkzib edib. O, hazırda belə bir niyyətinin olmadığını vurğulayıb: “Yuventus”la müqavilə müddətim davam edir və hələlik başqa bir məlumat əldə etməmişəm. Hazırda ürəyim Turinlə döyünür. Lakin gələcəkdə öz gücümü İngiltərə Premyer Liqasında sınamaq istərdim. Çünki bu, dünyanın ən güclü çempionatıdı”.
Qeyd edək ki, Qonsalo İquain ötən mövsüm A seriyasında meydana çıxdığı 35 oyunda 16 qola imza atıb.