“Mançester Yunayted” klubu İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Arsenal”ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” həmin oyunda müdafiəçi Rafael Varanın köməyindən yararlana bilməyəcək.  

Zədədən təzə qayıdan Varanın yenidən zədələnmək riski olduğu üçün “Arsenal”la oyunu buraxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Yunayted” - “Arsenal” matçı saat 00:15-də başlayacaq.