Roberto Mançini "Mançester Yunayted"in ona göndərdiyi təklifə rədd cavabı verib.

 

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 56 yaşlı mütəxəssisdən mənfi cavab alıb. Adı çəkilən çalışdırıcının imtina etməsinə səbəb İtaliya yığması ilə DÇ-2022-yə hazırlaşması olub. Daha əvvəl isə Zinəddin Zidan bu təklifdən imtina etmişdi.

 

Qeyd edək ki, "Mançester Yunayted" bir müddət əvvəl Ule Qunnar Sulşer ilə yolları ayırmışdı.