Ule-Qunnar Sulşer ilə yolları ayıran "Mançester Yunayted"in yeni baş məşqçisinin kim olacağı sual altındadır.

Offsideplus.az xəbər verir ki, "qırmızı-şeytanlar"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo ispaniyalı çalışdırıcı Luis Enrikenin bu posta gəlməyini istəyir. 51 yaşlı mütəxəssis ilə yanaşı Zinəddin Zidan və "Ayaks"ın hazırkı məşqçisi Erik ten Haq da namizədlər sırasındadır.

Qeyd edək ki, "qırmızı-şeytanlar" bu gün Sulşer ilə yolları ayırıb.