"Nyukasl" "Tottenhem"in futbolçusu Harri Vinksi heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 25 yaşlı oyunçu üçün qışda London klubuna təklif göndərəcək.

Qeyd edək ki, Vinks 2016-ci ildən "Tottenhem"in əsas komandasında çıxış edir. O, 10 matçda da İngiltərə millisinin formasını geyinib.