“Liverpul” daha bir itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın müdafiəçisi Endryu Robertson sıradan çıxıb.
27 yaşlı müdafiəçi Şotlandiya yığmasının düşərgəsində zədələnib.
Robertson Premyer Liqada “Arsenal”, Çempionlar Liqasında isə “Portu” ilə keçiriləcək oyunları buraxa bilər.