"Liverpul"un futbolçusu Endryu Robertson sıradan çıxıb.

Offsideplus.az “The Times” nəşrinə istinadən xəbər verir ki,  27 yaşlı futbolçu milli komandanın düşərgəsində zədələnib. Adı çəkilən oyunçunun Premyer Liqada “Arsenal"la və Çempionlar Liqasında “Porto” ilə matçı buraxmaq ehtimalı var.

 

Qeyd edək ki, Robertson  "qırmızılar"ın heyətində bu mövsüm  12 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.