"Çelsi" klubunun sabiq baş məşqçisi Frenk Lempard "Norviç Siti"ni çalışdırmaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 43 yaşlı mütəxəssisə təklif göndərib. Lakin Lempard bu təklifə "yox" deyib.
Qeyd edək ki, Lempard bu ilin yanvarında "Çelsi"nin baş məşqçisi vəzifəsindən istefaya göndərilib.