Frank Lempard "Norviç Siti"ni çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, klub, 43 yaşlı mütəxəssis ilə danışıqlar aparır. Adı çəkilən sabiq futbolçunun sonuncu iş yeri "Çelsi" olub.

Qeyd edək ki, "Norviç Siti" bir müddət əvvəl almaniyalı çalışdırıcı Daniel Farkeni istefaya göndərmişdi.