"Mançester Yunayted" klubunun futbolçusu Rafael Varan bud nahiyəsindən aldığı zədə səbəbindən qarşıdakı oyunlarda komandasına kömək etməyəcək.
Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Atalanta” ilə oyununda (2:2) zədələnib.
Onun sağalması 3-4 həftə çəkəcək.
Nəticədə Varan "Mançester Yunayted"lə oyunlardan əlavə, DÇ-2022-nin seçmə mərhələsində Fransa millisinin matçlarını buraxacaq.