Serbiya millisinin və "Fiorentina"nın hücumçusu Duşan Vlahoviç "Arsenal"a keçə bilər.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Aleksandr Lakazetin klubdan ayrılacağı halda 21 yaşlı forvardı heyətinə qatmağı planlayır.

Qeyd edək ki, Vlahoviç bu mövsüm Florensiya təmsilçisi ilə 11 maçta 7 qol, 1 məhsuldar ötürmə edib.