Səhmləri Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu tərəfindən alınan "Nyukasl Yunayted" klubu transfer hərəkatına başlayıb.

Offsideplus.az xəbər verir ki, "sağsağanlar"ın rəhbəri Məhəmməd Bin Salmanın gözü "Fənərbağça" klubunun qapıçısı Altay Bayındıra düşüb.

Belə ki, Səudiyyə Ərəbistanı şahzadəsinin vəliəhdi 23 yaşlı qapıçını "Nyukasl"a gətirməkdə israrlıdır. Altayın keçidinin qış transfer dönəmində reallaşdırılması gözlənilir.

Qeyd edək ki, adıçəkilən futbolçuyla Niderlandın "Ayaks" və İtaliyanın "İnter" klubu da yaxından maraqlanır.

Onu da bildirək ki, gənc qolkiper 2019-cu ildən "sarı-lacivərtli" formanı geyinir.