Türkiyənin sabiq daxili işlər naziri, "Qalatasaray" fanatı olan Mehmet Ağar Arda Turanla Fatih Terimi barışdırmağa çalışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Məlumata görə, Mehmet Ağar Yeni ildən öncə Arda Turanla axşam yeməyində görüşüb. Sabiq nazir futbolçuya "Sənin "Qalatasaray"a, "Qalatasaray"ın sənə ehtiyacı var. Gəl Fatih hocadan üzr istə, küskünlüka bitsin" deyib.

Lakin Arda Turan onun bu xahişini yerinə yetirməyib. "Barselona"lı futbolçunun keçmiş nazirə cavabı belə olub: "Bu məsələ artıq qapanıb. Mən Fatih Terimlə çalışmaram".

fanat.az