"Mançester Siti" klubunun ispaniyalı futbolçusu Ferran Torres zədələnib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ayağının sındığı bildirilib. Onun ən az 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Torres bu mövsüm 4 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.