İngiltərənin "Çelsi" klubu sabiq futbolçusu Eden Hazardı geri qaytarmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi hazırda Madrid "Real"ında çıxış edən belçikalı hücumçu üçün hər an müqavilə bağlamağa hazır olduqlarını bildirib.
"El Nacional" nəşrində "Real" karyerası istədiyi kimi alınmayan30 yaşlı forvardın da yenidən Londona qayıtmaq fikrində olduğu yazılıb.
Qeyd edək ki, Hazard 2019-cu ildə "Çelsi"ni "kral klubu"na dəyişib.