İsveçrə millisinin futbolçusu Qranit Caka koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, İngiltərə "Arsenal"ında forma geyinən 29 yaşlı yarımmüdafiəçi bu səbəbdən Yunanıstanla yoldaşlıq matçını buraxıb. O, bu gün növbəti dəfə test verəcək.

Cakanın İtaliyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda da iştirakı sual altındadır.