İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Misir yığmasının heyətində Anqola və Qabona qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının (EFA) rəsmi saytı məlumat yayıb.

Mersisayd təmsilçisi 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə göndərmədiyi üçün qarşı tərəfdən üzr istəyib. Klub koronavirus səbəbindən bu addımı atdıqlarını vurğulayıb və onun İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirib.

Qeyd edək ki, Misir seçməsi sentyabrın 2-də Anqolanı qəbul edəcək, sentyabrın 5-də isə Qabonun qonağı olacaq.