"Arsenal" Martin Odeqard transferini bitirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "topçular" 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "Real"la danışıqlar aparır. Lakin İngiltərə klubunun norveçli futbolçunu icarəyə və ya birbaşa transfer edəcəyi bəlli deyil.

Qeyd edək ki, Martin ötən mövsümü icarə əsasında "Arsenal"da keçirib.