London “Arsenal”ı futbolçusu Qranit Caka ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sövdələşmə imzalanacaq. 

Qeyd edək ki, Caka 2016-cı ildən “Arsenal”da çıxış edir. Onun indiki müqaviləsi 2023-cü ilin yayına qədərdir.