"Mançester Yunayted" Rafael Varanın keçidini rəsmən açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın ulduzunu 50 milyon avroya heyətinə qatıb. 28 yaşlı müdafiəçi ilə 2025-ci ilədək müqavilə imzalanıb.

"Mançester Yunayted" Fransa millisinin üzvünə illik 12 milyon avro maaş verəcək.

Qeyd edək ki, Varan 2011-ci ildən "Real"ın formasını geyinirdi.