İngiltərənin “Liverpul” klubunun futbolçusu Xerdan Şakiri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, isveçrəli futbolçu kifayət qədər şans qazanmadığı üçün “qırmızılar”dan ayrılmaq istəyir. “Napoli” və “Latsio”nun 29 yaşlı oyunçunun xidmətində maraqlı olduğu bildirilir. Hər iki klubun futbolçunun meneceri ilə əlaqə yaratdığı və yay transfer dövründə bu keçidi həll etmək istədiyi qeyd edilir.
Şakirini transfer etmək istəyən klublar sırasında “Fənərbaxça”nın da adı çəkilir.
Milli üzvünün “Liverpul”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.