İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ole-Qunnar Sulşerlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qırmızı şeytanlar" norveçli mütəxəssislə bir il uzatmaq şərti ilə 2024-cü ilədək nəzərdə tutulan sözləşməyə imza atıb. 

48 yaşlı mütəxəssis 2018-ci ildən "Mançester Yunayted"i çalışdırır.