İngiltərənin "Çelsi" klubunun yeni transfer hədəfi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" "Bavariya"nın hücumçusu Robert Levandovskini heyətinə qatmaq niyyətindədir. Məlumata görə, bir müddətdir "Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Halandı transfer etmək üçün çalışan London klubu Levandovskini alternativ kimi müəyyənləşdirib. Halandın keçidi alınmasa, "Çelsi" polşalı futbolçu üçün danışıqlara başlayacaq. 

32 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.