"Qalatasaray" "Liverpul"un isveçrəli futbolçusunu heyətinə qatmağı planlaşdırır.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, "Cim-Bom" 12 milyon satış qiyməti olan Cerdan Şakiri üçün hərəkətə keçib. Türkiyə klubu 29 yaşlı vinger üçün Mersisayd təmsilçisinə birbaşa transfer şərti ilə icarə təklifi göndərəcək. "Qalatasaray" məşhur futbolçunun transfer dəyərini 7 milyon avroya endirmək niyyətindədir.
Qeyd edək ki, komandada forma tapmaqda çətinlik çəkən Şakiri də "Liverpul"u tərk etməyi düşünür.