"Tottenhem" uzun axtarışlardan sonra, nəhayət, komandaya yeni baş məşqçi gətirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nuno Espirito Santo London təmsilçisinin yeni çalışdırıcısı olub. Sonuncu dəfə "Vulverhempton"a məşqçilik edən 47 yaşlı mütəxəssis 2 il komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, mart ayında göndərilən Joze Mourinyodan sonra komandanın başına müvəqqəti olaraq Rayan Meyson gətirilmişdi. Klub mövsüm bitəndən sonra bir çox baş məşqçi ilə əlaqə saxlasa da, razılıq əldə etmək mümkün olmamışdı.