İngiltərə millisinin sabiq üzvü, futbol eksperti Qari Lineker "Tottenhem"in baş məşqçi postuna əsas namizədin adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Lester", "Tottenhem" və "Barselona" kimi komandaların sabiq forvardı "tvitter"dəki paylaşımında bu vəzifəyə Yurgen Klinsmannın layiq olduğunu qeyd edib: "Nunu Eşpiritu Santu "Tottenhem"i çalışdırmaqdan imtina edən 483-cü şəxs oldu. Mən işini və klubu sevən insanla çalışıram. Yurgen Klinsmann "Tottenhem"in baş məşqçi postuna yaxşı yaraşar: xarizmatikdir, təcrübəlidir və ən əsası sabiq "Tottenhem"li və fanatların sevimlisidir". 

Qeyd edək ki, Almaniya millisinin sabiq forvardı 1994-95 və 1998 -ci illərdə  London təmsilçisinin heyətində 68 matçda 38 qol vurub.