Adama Traore "Barselona"ya qayıdacağı haqda deyilənlərə münasibət bildirib.
Offsideplus.az RAC1-ə istinadla xəbər verir ki, hazırda "Vulverhempton"un uğurları üçün tər tökən 25 yaşlı futbolçu İspaniyaya dönüşünü istisna etməyib: "Barselona" mənim evimdir. Mən bu klubda böyümüşəm, 10 il La Masiyada olmuşam ("Barselona"nın akademiyası belə adlanır - red.). Dönüşümlə bağlı agentimlə danışmalıyam. Görüm həqiqətənmi "Barsa"ya lazımam. Lazımamsa, hansı mövqe üçün".
Qeyd edək ki, mali əsilli ispan hücumçu 2004-2015-ci illər aralığında "Barselona"nın akademiyasında yetişib. O, sön mövsümdə İngiltərə Premyer Liqasında 41 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.