Ötənlərin məşhur futbolçusu Yurgen Klinsmann "Tottenhem"in prezidentinə zəng vurub.
Offsideplus.az BBC-yə istinadla xəbər verir ki, bu barədə alman mütəxəssisin özü məlumat verib: "Mourinyo postunu tərk edən kimi Daniel Leviylə ("Tottenhem"in prezidenti - H.) əlaqə saxladım. "İndi nə edəcəksən" sualını verdim. Cavabı belə olmuşdu: "Görməli olduğumuz çox işlər var. Klubdakı işləri qaydasına salım, ondan sonra ətraflı danışarıq. İndi də mətbuatda hər gün bir məşqçinin adı çəkilir".
Qeyd edək ki, Klinsmann 1994-95 mövsümündə futbolçu kimi "Tottenhem"in şərəfini qoruyub. Almaniya millisi ilə "Bavariya"nı da çalışdırmış 56 yaşlı mütəxəssisin sonuncu iş yeri "Herta" olub. O, Berlin təmsilçisini ötən ilin fevralında tərk edib.