"Mançester Yunayted" yeni hücumçu tapıb.
Harri Keynlə Erlinq Haalandın transferindən əlini üzən "qırmızı şeytanlar" irəli xətdəki boşluğu "Real Sosyedad"ın forvardının hesabına doldurmaq istəyir.
Offsideplus.az "Daily Star"a istinadla xəbər verir ki, mançesterlilər Aleksander İsakın transferində maraqlıdır. Hazırda davam edən Avro-2020-də İsveç millisinin sıralarında olan 21 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Onun transfer qiyməti 40 milyon avrodur. "Mançester Yunayted" yaxın günlərdə İspaniya təmsilçisinə müraciət edəcək.
Qeyd edək ki, İsak başa çatan La Liqa mövsümündə 34 oyunda 17 qol vurub.