"Everton" Karlo Ançelottini türkiyəli baş məşqçi ilə əvəzləməyi düşünür.
Offsideplus.az "Fotospor"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Fatih Terimi komandanın başına gətirmək istəyir. "Everton"un 67 yaşlı mütəxəssislə əlaqə saxladığı və təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, Fatih Terimin "Qalatasaray"la müqavilə müddəti mayın 31-də başa çatıb.