Harri Keynin keçidini reallaşdırmaqda çətinlik çəkən "Mançester Siti" diqqətini Bundesliqaya yönəldib.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, "şəhərlilər" Andre Silva ilə maraqlanır. "Ayntraxt" portuqaliyalı forvardını satmağa hazırdır, hətta transfer qiyməti də məlumdur - 45 milyon avro. İngilislərin bu məbləğ qarşısında hansı cavab verəcəyi sual doğurur.

Qeyd edək ki, 25 yaşlı forvard son Bundesliqa mövsümündə 32 oyunda 28 qol vurub.