"Arsenal" təcrübəli futbolçusu ilə vidalaşır. 

Offsideplus.az xəbər verir ki, Villian komandasını dəyişməyə yaxındır. Braziliyalı yarımmüdafiəçi ilə bir neçə Avropa klubu, o cümlədən ABŞ-dan "İnter Mayami" maraqlanır. Londonlular 32 yaşlı futbolçunu satmağa hazırdır. Sərfəli rəsmi təklif alan kimi müsbət cavab veriləcək.

Qeyd edək ki, Villianın "Arsenal"la müqaviləsinin müddəti 2023-ün yayına qədərdir.