Dünən "Vest Bromviç"lə qaşılaşmada "Liverpul"un qələbə topunu Alisson Beker vurdu.

Braziliyalı qapıçı topu başla rəqib qapısından keçirməyi bacardı.

Offsideplus.az xəbər verir ki, Alisson bu göstərici ilə birdən-birə 2 ilkə imza atıb. Belə ki, o,  "Liverpul"un 129 illik tarixində qol vuran ilk qapıçı olub. Həmçinin İngiltərə Prremyer Liqası tarixində başla fərqlənən ilk qapıçı kimi adını tarixə yazdırıb.

Qeyd edək ki, Bekerin son saniyələrdə rəqib qapısından keçirdi top "Liverpul"a 2:1 hesablı qələbə qazandırıb.