“Çelsi”nin qapıçısı Tibo Kurtua böyük ehtimalla London klubunda qalacaq.

Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu klubla 2023-cü ilin yayına qədər yeni müqavilə bağlamağa yaxındır. Tərəflərin artıq bu ay rəsmən müqavilə imzalayacağı bildirilib. Bundan sonra Kurtuanın həftəlik gəlirinin 200 min funt (təqribən 270 min dollar), illlik 10, 5 milyon funt (təqribən 14 milyon dollar) olacağı gözlənilir. Bu halda o, dünyanın ən çox qazanan qapıçısı olacaq.

Xatırladaq ki, Kurtua hazırda göstərilən məbləğdən iki dəfə az qazanır. Onun “Çelsi” ilə qüvvədə olan müqaviləsi 2019-cu ilin yayında başa çatır.