İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti" "Kristal Palas"ın qonağı olub.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" 57 və 59-cu dəqiqələrdə, müvafiq olaraq Serxio Aquero və Ferran Torresin qolları ilə qalib gəlib. 

Turnir cədvəlində xallarının sayını 80-ə çatdıran "Siti", ikinci pillədə qərarlaşan "Mançester Yunayted"i 13 xal qabaqlayır.

Oyunun icmalını təqdim edirik:

"Kristal Palas" - "Mançester Siti" 0-2 (S.Aquero, 57. F.Torres, 59.)