"Everton"un ulduz futbolçusu Ueyn Runinin "Di Si Yunayted"də keçidi reallaşmaq üzrədir. 

Offsideplus.az xəbər verir ki, bununla bağlı iki klub arasında razılıq əldə edilib. Razılığa əsasən, MLS təmsilçisi İngiltərə klubuna 12.5 milyon funt sterlinq (təxminən 17 milyon dollar) ödəyəcək.

 32 yaşlı futbolçunun "Di Si Yunayted"lə 2020-ci ilin yayına kimi müqavilə imzalayacağı gözlənilir. Bu keçidin iyulda gerçəkləşəcəyi bildirilir.

Qeyd edək ki, Runi 2017-ci ildə "Mançester Yunayted"dən "Everton"a transfer olunub.