Tyerri Anri və Alan Şirerin adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.

Offsideplus.az xəbər verir ki, fransalı Anri və ingiltərəli Şirer Şöhrət Zalına adı ilk daxil edilən futbolçulardan olub.

Şirer 441 matçda 260 qol və 64 məhsuldar ötürmə ilə Premyer Liqa tarixinin bombardiri sayılır. Anri isə "Arsenal"ın heyətində iki dəfə çempionatın, üç dəfə isə ölkə kubokunun qalibi olub.