"Tottenhem" rəhbərliyi Joze Mourinyonun qovulmasından sonra baş məşqçi postuna yeni namizəd axtarışındadır.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, London klubu "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmanı komandanın sükanı arxasına gətirmək istəyir. Baş məşqçi postuna əsas namizəd olaraq düşünülən Naqelsman da  London təmsilçisində işləməyə müsbət yanaşır. Lakin hazırkı klubunun Nagelsman üçün 12 milyon avro təzminat tələbi buna mane ola bilər.

Qeyd edək ki, "Tottenhem" dünən baş məşqçi Joze Mourinyonun istefaya göndərildiyini açıqlayıb.