"Liverpul"un baş məşqçisi Yürqen Klopp "Lids"lə oyundan öncə Avropa Super Liqası barədə fikirlərini bölüşüb.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis yeni liqanın yaradılmasından razı deyil:

"Hisslərim və fikrim dəyişməyib. Bu barədə ilk dəfə dünən eşitdim. Həmin vaxt çətin oyuna hazırlaşırdıq. Məlumatımız vardı, lakin o qədər də çox deyildi. Əsasən qəzetlərdən oxuduq. İnsanlar bundan məmnun deyil, başa düşürəm. Çox şey deyə bilmərəm, çünki prosesə daxil deyilik. Nə mən, nə də futbolçularım bu barədə bir şey bilirdi. Nələr olacağını gözləməliyik. 53 yaşım var. Peşəkar futbola daxil olandan bəri Çempionlar Liqası orada olub. Məqsədim komandaya baş məşqçilik etməkdir. Çempionlar Liqası ilə bir problemim yoxdur".

Qeyd edək ki, Klopp 2019-cu ildə "Ümid edirəm ki, Avropa Super Liqası layihəsi heç vaxt baş tutmaz", deyə açıqlama vermişdi.